Çərşənbə axşamı , 23 İyul 2024
Drone Cameras

Yığmamızın Ermənistanla oyununun vaxtı açıqlandı

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin (U-16) Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş iyulun 21-nə təsadüf edəcək.

B qrupunda mübarizə aparacaq milli buna qədər ilk olaraq iyulun 19-da Kipr seçməsi ilə üz-üzə gələcək. Tahir Baxşıyevin yetirmələri, həmçinin, iyulun 23-də Albaniya, 24-də isə San-Marino ilə qarşılaşacaq.

Yığmanın ilk iki matçı Bakı vaxtı ilə saat 17:00-da, digər oyunları isə 19:30-da start götürəcək.

Check Also

Özünü yandıran qazinin anası: “Həbsdən qorxduğu üçün özünə qəsd edib”

Zülfiyyə Əliyeva deyir ki, qızın ailəsi Elnur Əliyevdən 11 min manat və ev tələb edib İyulun …