Şənbə , 27 İyul 2024
Drone Cameras

Yol polisi qeyri-sabit ​hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib.

“Report”un İdarəyə istinadən verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağmurlu hava ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin ​ idarə edilməsində ciddi çətinliklər yaradır:

“Fiziki meteoroloji amillərin, xüsusilə küləyin təsiri nəticəsində​ müvazinətin itirilməsi, eləcə də yol örtüyünün yaş olması ikitəkərli nəqliyyat vasitələrinin aşma və sürüşmə ehtimalını dəfələrlə artırır ki, bu da sürücü və digər hərəkət iştirakçıları üçün real təhlükədir. DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək əlverişsiz hava şəraitində bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir”, – məlumatda bildirilib.

Check Also

Rəşad Nəbiyevin uğursuz taksi islahatı: yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun bugünlərdə verdiyi açıqlama ciddi hiddət doğurub və …