Bazar , 15 Noyabr 2026
Drone Cameras

Yunanıstandan çıxarılan 48 miqrant Türkiyə sahillərində xilas edilib

Türkiyənin İzmir şəhər sahillərində Yunanıstanın dəniz zonasının hüdudlarından zorla çıxarılmış onlarla miqrant xilas olunub.

Bu barədə Boyukmillet “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyənin Sahil Mühafizəsi Xidməti İzmirin qərb əyalətindəki Çeşmə kurort rayonu sahillərində 19 miqrantı xilas edib. Daha 29 miqrant İzmirdəki Dikili rayonu sahillərində xilas olunub.

Türkiyənin sahil mühafizəsinin əməkdaşları ümumilikdə 48 miqrantı xilas edirək sahilə çatdırıblar. Əcnəbilər İzmir əyalətinin Miqrantların işləri üzrə İdarəsinə çatdırılıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …