Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

“Yuventus” avrokuboklardan kənarlaşdırıla bilər

UEFA İtaliyanın “Yuventus” klubunu avrokuboklardan kənarlaşdıra bilər.

Boyukmillet.com xəbər verir ki, Avropa futbol qurumu mümkün maliyyə maxinasiyasında günhlandırılan “qoca sinyora” ilə bağlı araşdırma aparır.

İddiaya görə, bütün lazımi sənədləri Turin prokurorluğundan alan qurum avqustun sonunadək İtaliya məhkəməsinin qərarını gözləyəcək. Qərar çıxmayacağı təqdirdə, hökmü UEFA-nın müvafiq komissiyası verəcək. Bu halda “Yuventus”un ən azı bir mövsüm avrokuboklarda iştirakdan məhrum ediləcəyi gözlənilir.

Qeyd edək ki, İtaliya Futbol Federasiyasının Məhkəməsi bu ilin yanvarında “Yuventus”un 15 xalını silib. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşüb və Çempionlar Liqasının növbəti mövsümü üçün vəsiqə şansını itirmək riski ilə üzləşib. Daha sonra isə klubun silinən xalları növbəti məhkəmə qərarınadək bərpa olunub.

Check Also

Azərbaycan millisinin sabiq futbolçusu futboldan ömürlük uzaqlaşdırılıb

Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev futboldan ömürlük uzaqlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …