Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Zəngilanda İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İyun ayının 16-da saat 01:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Muğanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayı sahilində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 3 kiloqram 215 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Check Also

Kəmaləddin Heydərov paytaxtın su basmış ərazilərində olub

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda yağıntılarla bağlı su basmış ərazilərə gedib. Bu barədə “Report”a …