Bazar , 11 Yanvar 2026
Drone Cameras

Zəfər Qurultayı 22-23 apreldə Şuşada keçiriləcək

“Bütün Qurultaylarda həmişə növbəti qurultayın Şuşada keçirilməsini arzu edirdik”.

Boyukmillet.com-un məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev bildirib.

Valeh Hacıyev deyib ki, Dünya Azərbaycanlılarının V Qurultayı 22-23 apreldə Şuşada keçiriləcək: “Bu, Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk Qurultayıdır. Şuşada keçiriləcək Qurultay Zəfər Qurultayı olacaq. Azərbaycanın, Türk Dünyasının mədəniyyət paytaxtında keçiriləcək Qurultayda bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarlar qəbul ediləcək”.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …