Bazar , 28 Aprel 2024
Drone Cameras

Zəngilan istiqamətində Azərbaycan ordusunun mövqeləri atəşə tutulub, bir hərbçi yaralanıb

Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb.

Boyukmillet.com-un məumatına görə, hadisə fevralın 12-də saat 13:37 radələrində baş verib.

Məlumata əsasən atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb:

“Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Check Also

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı …