Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlərlə Vətən müharibəsi zamanı Zəngilanda düşmənin atıb qaçdığı 7 avtomat, 3 pulemyot, 2 qumbaraatan, 42 əl qumbarası, 7 mina və müxtəlif partlayıcı vasitələr, xeyli sayda müxtəlif çaplı mərmi və 60 minə yaxın güllə aşkar edilərək götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, keçirilən kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitmiş çəkisi 450 kiloqram olan 1810 ədəd çətənə bitkiləri yığılaraq məhv edilib.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …