Cümə , 3 May 2024
Drone Cameras

ZƏNGİLANDAN ZƏNGƏZURA GÖRSƏNƏN YOL

44 günlük müharibədə Azərbaycan Ordusunun əks-hücum sürəti xəyallarımızdan və arzularımızdan sürətli oldu. Lakin arzudan arzu doğur, indi mənim xəyallarımın üfüqündə ZƏNGƏZUR tamlığı var. Qarakilsənin (Sisyan) Ərəfsə (haylar Arevis deyirlər) kəndinə getmək istəyirəm. 1987-ci ildə son dəfə gördüyüm ana yurduma…

101 il əvvəl Zəngəzur ərazisi 113,895,97 kv.km  olan Azərbaycan Demokratik Respublikasının tərkibində idi. (Адрес – календар Азербайджанской Республики, Баку, 1920, səh. 50). Sovet hakimiyyəti illərində ərazimiz 27 min kv. km azaldı. Bu isə Ermənistanın ərazisinin 90 %-ni təşkil edir. Bunlar Zəngəzur, İrəvan, Bəyazid, Şərur-Dərələyəz və Göyçə mahalının ərazisidir.

Pic225 Zəngəzur xəritəsi - ZƏNGİLANDAN ZƏNGƏZURA GÖRSƏNƏN YOL

XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub. Çar Rusiyası dövründə isə o, Gəncə (Yelizavetpol) quberniyasının tərkibində idi.
1897-ci ildə isə Zəngəzurun əhalisi 142 min nəfər olub ki, onlardan 71,2 mini (50,1 faiz) azərbaycanlı, 63,6 min nəfəri isə (44,8 faiz) erməni olmuşdur. Ermənistan Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin 85,2 faizi).
Köçürmələrə baxmayaraq XX əsrin əvvəllərində Zəngəzur mahalında 321 kənddən cəmi 81-ində ermənilər yaşayırdılar. (mənbə: Кавказский календарь на 1900 г., III Отдел. Статист. свед. с. 42-43, Елизаветпольская губерния. Свод статистических данных извлеченных из посемейных списков населения Кавказа., Тифлис, 1888, с.V) Onlarda 1813-1828-ci illər müqavilələrindən sonra köçürlənlənlər idi.
7 bölgədən –  Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, ZəngilanQubadlı və Laçından ibarət olan  Zəngəzur mahalında 240 azərbaycanlı (türk), bundan üç dəfə az erməni kəndi var idi.  

Erməni millətçilərinin XIX əsrin sonlarından “Böyük Ermənistan” yaratmaq xülyaları daha da gücləndi. 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. 1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladı. Eyni zamanda, Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi.
Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər olan dövrdə Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdıldı.  

1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə – qəza olub.
Lakin daşnak Ermənistan Respublikası Zəngəzuru tam anneksiya etmək üçün çaılışırdı. Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Təssüf ki, Azərbaycan Xalq Cümhuriyəti hökuməti Zəngəzurda törədilən qırğınların qarşısının alınması və bölgənin əldə saxlanması üçün qətiyyətli addımlar atıb düzgün siyasi qərar qəbul edə bilmirdilər. Bu barədə hökumətin ilk Hərbiyyə naziri və Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun parlamentə müraciətlərini də var.
Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi. Lakin bolşevik Rusiyası Azərbaycanın ardınca Ermənistanın da sovetləşməsi üçün erməni əhalisini ələ almaq istəyirdi. Lenini inandırmağa çalışırdılar ki, Zəngəzurun (eləcə də Naxcıvanın və Qarabağın) Ernənistana verilməsi erməni xalqının sovet hakimiyyətinə inamını artıra bilər. Rusiyanın xarici işlər naziri Çiçerin 1920-ci il iyunun 2-də Orconikidzeyə məktubunda bu məsələ ilə bağlı yazırdı: ”Daşnak (Ermənistan) hökuməti ilə kompromisə nail olmaq bizə vacibdir”.
Zaqafqaziya üzrə fövqəladə səlahiyyətli şəxs təyin olunmuş Orconikidze də bu məsələdə ermənilərə dəstək verirdi.
1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarın başlıca məqsədi onun mərkəzi bəndində öz əksini tapmışdı. Orada deyilirdi ki, Zəngəzur Sovet Ermənistanın tərkibinə keçir.
Zəngəzurdan qoparılıb daşnaklara verilən Qafan, Gorus, Sisyan və Mehrinin ərazisi bütövlükdə 4505,5 kv.km-dir, yəni Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən 105,5 kv.km çox olub.
1921-ci ilin oktyabrın 13-də imzalanan Qars müqaviləsində Naxçıvanın Azərbaycanın ərazisi kimi təsdiqlənməsi ilə Ermənistanın Naxçıvana yiyələnmək cəhdi boşa çıxdı.

1988-ci ildə Zəngəzurda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.

Qafqazda yeni tarixi şərait yaranıb – ZəngilanQubadlı azad edilib, rəşadətli Ordumuz Laçını da düşmən tapdağından qurtarıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: – “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır.”

Bir əsr bundan əvvəlki səhfimizi düzəltmək imkanını dəyərləndirmək lazımdır. O ki qaldı, Zəngəzurun qalan hissəsinin – Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehrinin Ermənistanın BMT-də tanınan əraziləri olduğuna- indi də biz deyərik ki, “bufer zona” kimi saxlayırıq.

“Apokalibsis” filminin sonunda vurğulanan fikrə uyğun desək:
“Bu dağlarda mənim babam ov edib, o düzlərdə mənim atam ev tikib.
Bu yurddan mən didərgin düşsəm də, qayıdıram! Qayıdacayıq və həmin yerlərdə bizim övladlarımız yaşayacaq”!

Şöhrət Eyvazov, hərbi jurnalist, I Qarabağ müharibəsi iştirakşısı

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …