Cümə , 30 Yanvar 2026
Drone Cameras

Zahid Oruc “Qaçqınkom”un adının dəyişdirilməsini təklif edib

Milli Məclisdə Böyük qayıdışla bağlı ayrıca platforma yaradılması təklif edilib. 

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deputatların suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, təkliflər sırasında suallara cavab verəcək qurumun yaradılması da var: 

“Biz bunu bir neçə dəfə səsləndirmişik. Hətta düşünürük ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsi, Böyük qayıdış üzrə komitənın yaradılması vacibdir. Böyük qayıdışla bağlı suallara cavab verəcək ayrıca qurum ola bilər”.

Check Also

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik …