Bazar , 15 Noyabr 2026
Drone Cameras

Zelenski: “Baxmut şəhərində Rusiyanın 1 100 əsgəri öldürülüb”

Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiyanın 1 100 əsgəri öldürülüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski qeyd edib ki, düşmən Baxmut uğrunda döyüşlərdə çoxsaylı itkilər verib.

“Bunlar Rusiyanın bərpaolunmaz itkiləridir, məhz Baxmut yaxınlığında. Üstəlik, düşmənin onlarla texnikası məhv edilib. Rusiyanın 10-dan çox silah-sursat anbarı yandırılıb”, – Ulrayna Prezidenti deyib.

Martın 7-də isə bildirilib ki, Baxmut şəhərində Rusiya Ukraynadan 5 dəfə çox hərbçi itirib. NATO-nun adının çəkilməsini istəməyən rəsminin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri də Baxmutda xeyli itki verir.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …