Rusiyaya sanksiyalardan yayınmağa yardı edənlərə qarşı açıq mübarizəyə başlayacağam.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski deyib.
O, təəssüflə qeyd edib ki, bütün dünyada və Avropa qitəsində bunu istəyən və ya istəməyən, lakin Rusiya sanksiyalarından yan keçməyə kömək edən dövlətlər var.
Zelenskinin sözlərinə görə, bu, Rusiyaya silahlanmağa imkan verir.
Qeyd edək ki, Rusiyaya sanksiyaları dəlməkdə yardım edən əsas ölkələrdən biri də Ermənistandır.