Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Zelenski Qərbi tənqid edib: “Yoxsa Rusiya tanklarını gözləyirsiniz?”

Prezident Volodimir Zelenski Rusiya raketlərinin NATO üzvü olan Polşa ilə sərhədə zərbə endirdiyi üçün Qərb tərəfdaşlarını Ukraynaya hərbi yardıma daha ciddi yanaşmağa çağırıb.

Boyukmillet.com xəbər verir ki, Zelenski bu barədə brifinq zamanı bildirib.

Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, Avropa əhalisinin böyük əksəriyyəti Qərb tərəfdaşlarının Ukraynaya daha çox hərbi yardım göstərməsinin tərəfdarıdır.

“Kimsə inanmırsa, qoy dünyadakı hazırkı rəy sorğusuna baxsın. Əgər xalqın mövqeyini eşitmək istəmirsinizsə, onda Rusiya raketlərinin Polşa sərhədinə çox yaxın olan zərbələrinin səslərini eşidin. Yoxsa siz Rusiya tanklarının gurultusunu gözləyirsiniz?”, – Zelenski sual verib.

Ukrayna lideri həmçinin kifayət qədər tank və təyyarə olmadan Mariupolun Rusiya işğalından azad edilməsinin mümkünsüzlüyünü bildirib.

Zelenski Qərbi Ukraynaya yardımı artırmağa çağırıb. O cümlədən NATO ölkələrinin hərbi texnikasının 1%-nin verilməsini istəyib.

Check Also

Ərdoğan İsrail Prezidentinin Türkiyəyə səfərinə münasibət bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqun Türkiyəyə səfərinə münasibət bildirib. Boyukmillet.com xəbər verir …