Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Zelenski: Rusiya bizə ancaq uzunmüddətli müharibə və sanksiyalarsız qalib gələ bilər

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya onun ölkəsinə qarşı yalnız müharibə uzun illər davam etsə və Qərbin sanksiyaları olmasa qalib gələ bilər.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə o, “ABC News” telekanalına müsahibəsində bildirib.

“Dünyada birlik olsa və dünya bizim tərəfimizdə olsa, Putin müharibədə hec cür qalib gələ bilməz. Bu, mümkün deyil. Buna görə də o, ancaq çox-çox, uzun illər davam edən müharibə və sanksiyalarsız olsa, qalib gələ bilər. Onun həqiqətən də istədiyi budur, çünki bu müharibə üçün ona pul lazım olacaq və Putin ölənə qədər Kremldə oturmaq istəyir. Bu, onun məqsədidir”, – Ukrayna lideri bildirib.

Zelenski həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatı neft və enerjidən asılıdır, ona görə də bu sahələrə qarşı sanksiyaların mümkün qədər tez tətbiq edilməsi lazımdır.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …