Bazar , 15 Noyabr 2026
Drone Cameras

Zelenski: Rusiya gecə hücumu ilə Ukraynanın HHM sistemini yükləmək istəyirdi, əsas zərbə Kiyevə dəyib

Rusiyanın cümə axşamına keçən gecə həyata keçirdiyi hücum Ukraynanın Hava Hücumundan Müdafiə (HHM) sistemini yükləmək üçün xüsusi hesablanmışdı, əsas hədəf Kiyev idi.

Boyukmillet.com Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski daxili işlər naziri İqor Klimenkonun məruzəsinin nəticələrinə əsasən bildirib.

“Hücum HHM sistemini yükləmək üçün xüsusi hesablanmışdı. Kiyev “Şahed”lər, digər dronlar və raketlər üçün əsas hədəf idi, lakin digər regionlarımıza da ziyan dəyib”, – V.Zelenski sosial şəbəkə hesablarında yazıb.

Ukrayna Prezidenti xilasetmə işlərinin hələ də davam etdiyini söyləyib.

Eyni zamanda Kiyevin hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko Rusiyanın raket-dron hücumu nəticəsində Kiyevdə həlak olanların sayının səkkiz nəfərə çatdığını bildirib.

Yaralıların sayı 82 nəfərə yaxınlaşıb, onlardan 10-u uşaqlardır.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …