Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Zelenski Rusiya qoşunlarına xəbərdarlıq edib: “Ukrayna müdafiəçiləri əks-hücuma hazırlaşır”

“Ukrayna müdafiəçiləri əks-hücuma və işğal olunmuş ərazilərini azad etməyə hazırlaşır”

Boyukmillet.com  “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, düşmən Ukraynanı tərk etməsə, məhv olacaq.

Zelenski ehtimal olunan əks-hücum əməliyyatlarının təfərrüatlarını açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl Ukraynanın müdafiə naziri Oliksiy Reznikov ölkəsinin aprel-may aylarında əks-hücum əməliyyatına başlayacağını söyləmişdi.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Donetsk istiqamətində taktiki vəziyyətin yaxşılaşdığını bildirib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …