Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Zelenski Trampı Rusiyaya qarşı sanksiyalarla bağlı aydın mövqe tutmağa çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin rəhbəri Donald Trampı Rusiyaya qarşı sanksiyalar və ölkəsi üçün təhlükəsizlik zəmanətləri ilə bağlı aydın mövqe tutmağa çağırıb.

Boyukmillet.com-un verdiyi məlumata görə, V.Zelenski bu barədə “Sky News”a müsahibəsində bildirib.

O, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmerin bu həftə dövlət səfəri zamanı Trampla Ukraynanın gələcəyinin təmin edilməsi məsələsini ətraflı müzakirə edəcəyinə ümidvar olduğunu deyib.

Bundan başqa, Ukrayna Prezidenti ABŞ liderini qəti surətdə şəxsi tədbirlər görməyə çağırıb.

“Hesab edirəm ki, Donald Tramp bizi yetərli sayda hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər, ABŞ-də bu sistemlər lazımi qədərdir. Əminəm ki, ABŞ kifayət qədər sanksiyalar tətbiq edə bilər”, – o vurğulayıb.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …