Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Zelenski UTX-nin daha 28 məmurunun işdən çıxarılacağını bildirib

Yaxın vaxtlarda Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) daha 28 məmuru işdən çıxarılacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski müraciətində deyib.

“Və Ukrayna Təhlükəsizlik Xidməti ilə bağlı daha bir mühüm xəbər. Hazırda xidmətdə kadr auditi aparılır. İyirmi səkkiz məmurun işdən çıxarılması məsələsi həll edilir. Müxtəlif səviyyələr, müxtəlif istiqamətlər. Amma əsaslar oxşardır – qeyri-qənaətbəxş nəticəli işlər”, – o deyib.

Xatırladaq ki, Zelenski bir gün əvvəl UTX-nin rəhbəri İvan Bakanovu, eləcə də baş prokuror İrina Benediktovanı istefaya göndərib.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …