Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Zelenskidən 9 May paradında iştirak edəcək liderlərə xəbərdarlıq – “Risk var”

Ukrayna Prezidenti Volodimir Zelenski 9 Mayda Moskvada keçiriləcək hərbi paradla bağlı diqqətçəkən açıqlama verib.

Boyukmillet.com xəbər verir ki, Zelenski xarici ölkə nümayəndələrinin bu tədbirdə iştirakının təhlükəsizliyi ilə bağlı məsuliyyətin Ukraynanın üzərində olmadığını bildirib. “Ukrayna digər ölkələrin nümayəndələrinin 9 May paradı üçün Moskvaya planlaşdırılan səfərləri zamanı onların təhlükəsizliyinə zəmanət verə bilməz. Çünki Rusiya tərəfi bu şəxslərlə bağlı istənilən hərəkəti edə və sonra bunun məsuliyyətini Ukraynanın üzərinə ata bilər. Ukrayna isə Rusiya ərazisində baş verənlərə görə məsuliyyət daşımır”, – deyə Zelenski bəyan edib.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …