Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Zo­ra­kı da­xi­li si­ya­sə­tə gö­rə Sar­kis­yan ha­ki­miy­yə­ti­nə ABŞ-ın da mü­na­si­bə­ti də­yiş­mə­yə baş­la­yır…

“De­par­ta­men­tin he­sa­ba­tın­dan gəl­di­yim baş­qa bir nə­ti­cə isə bun­dan iba­rət­dir ki, ABŞ-ın ye­ni ad­mi­nis­tra­si­ya­sı, əv­vəl­kin­dən fərq­li ola­raq, er­mə­ni­lə­rin na­zı ilə çox oy­na­mır”

Vü­qar Qə­di­rov: “ABŞ Döv­lət De­par­ta­men­ti­nin bə­ya­na­tı­nı Er­mə­nis­ta­na mü­na­si­bət­də dün­ya­da də­yi­şən möv­qe­nin tər­kib his­sə­si sa­yı­ram”

ABŞ Döv­lət De­par­ta­men­ti­nin in­san haq­la­rı ilə bağ­lı il­lik he­sa­ba­tın­da ötən il Er­mə­nis­tan­da baş ve­rən olay­la­ra ge­niş yer ay­rı­lıb. De­par­ta­men­tin he­sa­ba­tın­da ötən ilin ya­yın­da İrə­van­da po­lis böl­mə­si­nin si­lah­lı­lar tə­rə­fin­dən tu­tul­ma­sı­na xü­su­si yer ve­ri­lib. Bu ha­di­sə və­tən­daş­la­rın si­ya­si haq­la­rı ki­mi qiy­mət­lən­di­ri­lib.

“Er­mə­nis­tan­da mə­mur­lar döv­lət re­surs­la­rın­dan is­ti­fa­də edə­rək ha­kim par­ti­ya­nın si­ya­si are­na­da do­mi­nant­lı­ğı­nı tə­min edir. Ha­ki­miy­yət məq­sə­di­nə çat­maq üçün iq­ti­sa­di və si­ya­si rı­çaq­lar­dan, həm­çi­nin, hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­nın yar­dı­mın­dan is­ti­fa­də edir”, – de­yə he­sa­bat­da Er­mə­nis­tan ha­ki­miy­yə­ti­ni if­şa edən fakt­lar qeyd edi­lib.

He­sa­bat­da, həm­çi­nin, ha­ki­miy­yə­tin jur­na­list­lə­rə qar­şı zo­ra­kı­lı­ğı da öz ək­si­ni ta­pıb: “Zo­ra­kı­lıq tö­rə­dən­lər cə­za­lan­dı­rıl­mır. Jur­na­list­lər hü­quq-mü­ha­fi­zə or­qan­la­rı əmək­daş­la­rı tə­rə­fin­dən tə­qib olu­nur”.

Bu he­sa­bat­dan be­lə qə­naə­tə gəl­mək olar­mı ki, dün­ya miq­ya­sın­da Er­mə­nis­ta­na qar­şı mü­na­si­bət də­yiş­mə­yə baş­la­yır? Eks­pert Vü­qar Qə­di­ro­vun söz­lə­ri­nə gö­rə, tə­bii ki, Er­mə­nis­ta­na qar­şı möv­qe­nin də­yiş­mə­si ay­dın hiss edi­lir: “Biz bu­nu dün­ya­nın nü­fuz­lu me­dia or­qan­la­rı­nın, ta­nın­mış po­li­to­loq­la­rı­nın ya­naş­ma­sın­dan ay­dın hiss edi­rik. Nü­fuz­lu bey­nəl­xalq təş­ki­lat­lar da nor­mal möv­qe or­ta­ya qoy­ma­ğa baş­la­yıb. Əv­vəl­lər isə bi­zim­lə mü­na­si­bət­də iki­li stan­dart­la­rın ol­du­ğu­nu gö­rür­dük. Yal­nız biz­də olan “nöq­san”lar tən­qid edi­lir­di. Ar­tıq dün­ya bir­li­yi Er­mə­nis­ta­nın ya­lan­la­rın­dan be­zib. De­par­ta­men­tin he­sa­ba­tın­da Er­mə­nis­tan­da­kı qa­nun­suz­luq­lar, an­ti­de­mok­ra­tik mü­hit, anar­xi­ya­dan bir qə­dər az bəhs olu­nub. De­par­ta­men­tin he­sa­ba­tın­dan gəl­di­yim baş­qa bir nə­ti­cə isə bun­dan iba­rət­dir ki, ABŞ-ın ye­ni ad­mi­nis­tra­si­ya­sı, əv­vəl­kin­dən fərq­li ola­raq, er­mə­ni­lə­rin na­zı ilə çox oy­na­mır. Biz bu­nu bir ne­çə də­fə mü­şa­hi­də et­mi­şik. Er­mə­nis­tan fak­ti­ki ola­raq hər­bi xun­ta tə­rə­fin­dən ida­rə olu­nur. Tə­əs­süf­lər ol­sun ki, hə­min ci­na­yət­kar re­ji­min et­dik­lə­ri­nə dün­ya bir­li­yi la­zı­mi re­ak­si­ya ver­mir. Be­lə ol­ma­say­dı, Er­mə­nis­tan dün­ya­ya mey­dan oxu­maz­dı. Bu ba­xım­dan da ABŞ Döv­lət De­par­ta­men­ti­nin bə­ya­na­tı­nı Er­mə­nis­ta­na mü­na­si­bət­də dün­ya­da də­yi­şən möv­qe­nin tər­kib his­sə­si sa­yı­ram”.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir