Bazar ertəsi , 20 May 2024
Drone Cameras

ƏƏSMN 29 milyon manatlıq tenderə yekun vurub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 36 şəhər və rayonda (Ağcabədi, Beyləqan, Tərtər, Ağdaş, Ağsu, Ucar, Zərdab, Qobustan, Ağstafa, Samux, Şəmkir, Tovuz, Yevlax, Zaqatala, Qax, Qazax, Qəbələ, Daşkəsən, İsmayıllı, Astara, Lerik, Masallı, Balakən, Saatlı, Biləsuvar, Neftçala, Yardımlı, İmişli, Goranboy, Kürdəmir, Oğuz, Quba, Salyan, Şəki, Xızı, Sabirabad) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 450 fərdi evin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Mac Construction” QSC-dir.

Qalib şirkətə 29 323 213 manat ödəniləcək.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Mac Construction”ı ötən il sentyabrın 3-də dövlət qeydiyyatına alıb.

Check Also

Cavanşir körpüsünün söküləməsi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Mayın 20-də saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Boyukmillet.com xəbər verir ki, …