Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ədliyə naziri gürcüstanlı həmkarını Azərbaycana dəvət edib

Gürcüstanın ədliyyə naziri Rati Breqadze azərbaycanlı həmkarı Fikrət Məmmədovla Venesiyada keçirdiyi görüşdə Azərbaycan tərəfini rəhbərlik etdiyi qurumun 10 illik inkişaf strategiyası ilə tanış edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.

R.Breqadze görüşdə Gürcüstanda xidmətlərin əlçatanlığının artırılması üçün planlaşdırılan innovativ islahatlar barədə danışıb. Xüsusi diqqət dövlət xidmətlərinin əlçatanlığı, innovativ ədliyyə evləri layihəsi, həmçinin probasiya və penitensiar sistemdəki islahatlara yönəldilib.

Görüşdə Gürcüstan və Azərbaycanın ədliyyə nazirlikləri arasında əməkdaşlıq memorandumunun imzalanması qərara alınıb.

F.Məmədov gürcü həmkarını Azərbaycana səfərə dəvət edib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …