Bazar , 5 Aprel 2026
Drone Cameras

Əfqanıstanda birinci vitse-prezidentə hücum: 10 nəfər öüb, 16 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabulda, universitetin yaxınlığında birinci vitse-prezident Əmrullah Salehin avtomobil karvanına hücum nticəsində törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

Boyukmillet.com “tolonews”yə istinadən xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Bildirilib ki, partlayış nəticəsində Salehin dəftərxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və cangüdəni də yaralanıb. Birinci vitse-prezident xəsarət almayıb.

Partlayışın məsuliyyətini “Taliban” da daxil olmaqla heç bir silahlı qruplaşma üzərinə götürməyib.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …