Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Əhməd İsmayılov: “Media savadlılığının artırılması üçün vacib işlər görülür”

“Media sahəsində aparılan islahatlar sürətlə davam edir. Bunun əsas hissəsi cəmiyyətlə düzgün kommunikasiyanın qurulmasıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda jurnalistlərin peşəkarlığının artırılması istiqamətində işlər həyata keçirilir: “Müvafiq dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil olunur. Media savadlılığının artırılması üçün də vacib addımlar atılır”.

Qeyd edək ki, təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir.

Check Also

“Yandex”in məlumat mərkəzi fəaliyyətini dayandırdı

“Yandex” şirkətinin Rusiyanın Vladimir şəhərində yerləşən məlumat mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində fəaliyyətini …