Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Əli Əsədov: “Azərbaycan bu çətin məqamda Türkiyənin yanındadır”

“Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da Türkiyənin yanındadır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 23-də Türkiyənin vitse-prezidenti Fuat Oktayla telefon danışığı zamanı bildirib.

Telefon danışığı əsnasında Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, yaralananların tezliklə sağalması, zəlzələnin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması arzulanıb.

Türkiyənin vitse-prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, noyabrın 23-də Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 68 nəfər yaralanıb.

Check Also

Qərbi Azərbaycan İcması Fransa senatının təxribatçı qətnaməsini pisləyib

Qərbi Azərbaycan İcması son vaxtlar Ermənistanda və bir sıra digər ölkələrdə Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı …