Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Əli Əsədovla Qazaxıstanın yeni Baş naziri arasında telefon danışığı olub

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının yeni təyin olunmuş Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

Ə.Əsədov A.Smailovu Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Danışıq zamanı Azərbaycan-Qazaxıstan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilərək, əlaqələrin birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Azərbaycanın son günlər qardaş Qazaxıstanda baş verən hadisələri narahatlıqla izlədiyi bildirilib, vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə olunub.

Ə.Əsədov Qazaxıstandakı hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı A.Smailova başsağlığı verib.16.32

Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə “Zakon” məlumat yayıb.

Bildirilib ki, Əli Əsədov qazaxıstanlı həmkarını təbrik edərək onu Azərbaycana səfərə dəvət edib.

Azərbaycanın Baş naziri Qazaxıstan xalqının çətin dönəmində öz dəstəyini bildirib. O, Qazaxıstanla iqtisadi-ticarət əlaqələrini genişləndirmək və dərinləşdirmək istədiklərini qeyd edib.

Qeyd edək ki, A.Smailov yanvarın 11-də Qazaxıstanın Baş naziri təyin olunub.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …