Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Əli Həsənova qarşı guya məhvedici bir “kompra” tapdıqlarına ümid edənlər…

Politoloq, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev sosial şəbəkələrdə yayılan, guya məlum “perestroyka” dövründə Azərbaycana qısa müddət rəhbərlik etmiş Əbdürrəhman Vəzirova Moskvada təhsil alan bir qrup azərbaycanlı tələbənin göndərdiyi məktubda Prezidentin köməkçisi Əli Həsənovun imzasının olması ilə bağlı qərəzli olduğu şübhə doğurmayan məlumatı özünün facebook səhifəsində şərh edib.

A.Quliyev yazır:

Az əvvəl sosial şəbəkədə adı məlum olmayan birilərinin Prezidentin köməkçisi Əli Həsənova aid edərək yaydıqları bir KAĞIZın surətini gördüm. 80-ci illərin sonlarında Moskva Dövlət Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə və aspirantın Vəzirova göndərdikləri teleqram olduğu iddia edilir. Əvvala, KAĞIZın məzmununda ziddiyyət var. Moskva Dövlət Universitetində təhsil alan azərbaycanlıların Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı ilə hansı görüşlərindən söhbət getdiyi bir ziddiyyət kimi görünür. İkinci, göstərilən 6-7 nəfərin siyahısındakı “Həsənov Ə.M” inisialının şöbə müdiri, Prezident köməkçisi Əli Həsənova aid olması qənaətinə gələnlərin bu qədər “operativliyi” şübhəli görünür. Üçüncü, Əli Həsənovun teleqramın hazırlanması prosesində hansı dərəcədə iştirak etdiyi, ümumiyyətlə, bu teleqramdan xəbərdar olub-olmadığı hələ məlum deyil. Kimlərsə mətni tərtib edərək özlərindən xəbərsiz mətnə kimlərinsə ad-soyadını əlavə edə bilərdi. Azmı olub belə faktlar? İndi gələk əsas məsələyə. Tutaq ki, teleqramda göstərilən şəxs həqiqətən Əli Həsənovdur. Nə olsun? O mətndə dövr üçün xarakterik olan yenidənqurma prosesləri ilə həmrəylikdən başqa nə var ki?! O zaman bütün SSRİ miqyasında gedən proseslərin içində özünü də fəal bir vətəndaş kimi görmək istəyindən doğan belə addımlar hansı məntiqlə Əli Həsənova qüsur və ya səhv kimi yazıla bilər?! O zaman – İttifaqın rəsmən dağılmasına hələ 4-5 il qalan dövrdə yenidənqurmanın əleyhinə açıq şəkildə gedən kimsə var idimi ki, Əli Həsənovun bu kursa dəstək verməsi ona qüsur sayılsın?! Əslində bir nəfər kimi hamı yenidənqurmaya dəstək vermirdimi?! Əli Həsənov da öz növbəsində həmin teleqramda 250 milyon sovet vətəndaşının biri kimi yenidənqurmanı dəstəkləməkdən başqa nə yazıb ki?! 31-32 il bundan əvvəl yenidənqurmaya bir gənc kimi ümidlə baxan Əli Həsənovun o zamankı mövqeyinin indiki kurs baxımından guya yolverilməz olduğunu düşünmək qərəz xəstəliyinə söykənmiş düşüncənin məhsuludur. KAĞIZı guya dəhşətli bir sənəd ovqatı ilə yayanların niyyətinin Əli Həsənovu vurmaq, indiki hakim siyasətin prinsip və maraqları çərçivəsində ləkələmək olduğu aşkardır. Görünür ki, radikal müxaliflər onun nümayiş etdirdiyi siyasi-ideoloji platformanın sərrast təsirlərinə qarşı sanballı bir üsul düşünə bilməyiblər. Mən Əli Həsənovla eyni siyasi partiyanın üzvü olmasam da , onun Heydər Əliyev kursu ilə ardıcıl və fasiləsiz yürüyənlərdən biri olduğu təkzibolunmaz faktdır… Belədə KAĞIZın bir ciddi işə yarıyacağına ümid edənlərə yazıqlar olsun… Mənasız ümid insanın enerjisini mənasız yandıran üsulların biridir…

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …