Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

“Əli və Nino” kitab mağazasının işçiləri qarət olunub

“Əli və Nino” kitab mağazasından oğurluq olub.

Boyukmillet.com  xəbər verir ki, bunu mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirib.

Onun sözlərinə görə, hadisə fevralın 15-də axşam saat 21:12-də Zeynalabdin Tağıyev küçəsi 19 ünvanında (Fəvvarələr meydanı) yerləşən filialında baş verib: “Oğrular 3 nəfər olub, onlardan biri satıcıların başını qatıb, digər iki nəfər arxa otağa keçərək işçilərin çiblərini soyub, dükanın mobil telefonunu və əllərinə keçən nə varsa götürüblər. Bu barədə artıq 102 nömrə ilə polisə məlumat vermişik”.

N.Köçərili oğurluq hadisəsinin videogörüntülərini də paylaşıb: “Dostlar, əgər bu videodakı şəxslər sizə tanış gəlirsə yaxud onları bugün görən olubsa, xahiş edirik bizə kömək edin, polisə məlumat verin. Təəsüf edirik ki, bu ağır günlərdə Bakının ən mərkəzində oğurların hücumuna məruz qaldıq”.

Check Also

Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı açıqlanıb

Boyukmillet.com xəbər verir ki, bayram günlərində Respublika yollarında baş vermiş qəzalarla bağlı Baş DYP İdarəsinin …