Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Ərdoğan ən yeni PUA-nın Türkiyə ordusuna qəbul edildiyini bildirib

Yeni uzaq mənzilli pilotsuz uçuş aparatı “Bayraktar Akinci” Türkiyə ordusunun silahlandırılmasına daxil olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.

“Bu gün biz dünyada ən yaxşı silahlardan biri, ağır “Bayraktar Akinci” pilotsuz uçuş aparatının ordumuzun arsenalına əlavə olunmasını alqışlayırıq. Bu, bizim müstəqilliyimizin daha bir simvoludur. Türkiyə belə texnologiyalara malik üçüncü aparıcı ölkə oldu. Biz Türkiyəni pilotsuz qırıcı texnologiyaları sahəsində lider etməyə tam qətiyyətliyik”, – Tekirdağda pilotsuz uçuş aparatının təqdimatı mərasimində çıxış edən Ərdoğan deyib.

Check Also

Ermənistandan Azərbaycana ixracı mümkün olan mallar açıqlanıb

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsindən Azərbaycana ixrac edilə biləcək malların siyahısını açıqlayıb. Boyukmillet.com xəbər verir …