Bazar , 23 Fevral 2025
Drone Cameras

Ərdoğan AFAD-ın qərargahına gedib, zəlzələ bölgəsi ilə bağlı işləri koordinasiya edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) baş qərargahına gedib, zəlzələ bölgəsinə nəzarəti öz üzərinə götürüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun tviter səhifəsində bildirilib.

Məlumata görə, o, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin koordinasiya etmək üçün AFAD-a rəhbərlik edəcək.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …