Cümə , 29 Mart 2024
Drone Cameras

Ərdoğan Avropa ölkələrinə xəbərdarlıq edib: “Bizə qarşı ikiüzlü siyasət həyata keçirilib”

“Türkiyənin mübarizə apardığı terror təşkilatlarına yardım edən Avropa ilə ortaq gələcək qura bilmərik”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Vorld forumunda deyib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzvlük məsələsində rəsmi Ankaraya qarşı ikiüzlü siyasət həyata keçirilib.

“Halbuki biz İkinci Dünya müharibəsindən sonra Avropa ilə əməkdaşlığı seçmişik. Avropanın təhlükəsizliyi və rifahına verdiyimiz dəstəyi kimsə inkar edə bilməz. Bizim fədakarlığımıza rəğmən, terrorla mübarizədə Avropanın bizi tək qoyduğunu əsla unutmayacağıq”, – Türkiyə lideri vurğulayıb.

Check Also

Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqladı

Lavrov Moskva ilə İrəvan arasında münasibətlərdə nikbin olmadığını açıqlayıb.  “Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan …