Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ərdoğan: “Azərbaycan Prezidenti İlham Əliyev “Togg”dan məmnundur”

“Türkiyənin ilk yerli elektromobili “Togg” həqiqətən çox rahatdır. Yəni döngələrdən tutmuş yolun gedişatına qədər təbii ki, elektrikdir və işi daha da dinc və rahat edir. Ölkə daxilində enerji doldurma stansiyaların qurulması intensiv şəkildə davam edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 TV, 360 və tv4-ün birgə canlı yayımında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də “Togg” markalı avtomobilin təqdim olunduğunu xatırladan Ərdoğan deyib: “İlham bəy də məmnunluğunu ifadə edərək, “Çox, çox gözəl avtomobildir” bildirib”.

Qeyd edək ki, “Togg” elektromobilləri “Pamukkale”, “Anadolu”, “Gemlik”, “Kula”, “Oltu” və “Kapadokya” olmaqla altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada – 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürəti 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib.

Türkiyənin 60 illik xəyalının reallaşması kimi qiymətləndirilən yerli avtomobil “Togg”un T10X modeli üçün sifariş hüququ qazanan 20 min əsas və 20 min ehtiyat qalibin siyahısı da artıq açıqlanıb. Püşkatma nəticəsində T10X modelini almaq hüququ qazanan şəxslərin siyahısı “Togg”un rəsmi internet saytında elan edilib. Bu modeli əvvəlcədən sifariş verən 177 min 467 nəfər arasında 20 min nəfər yerli avtomobil sahibi olub.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …