Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ərdoğan bu gün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşəcək

Boyukmillet.com xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bu gün Türkiyəyə səfər edəcək.

Türkiyə Prezidenti şahzadəni Beştəpə iqamətgahında qəbul edəcək.

Görüş zamanı regional və beynəlxalq proseslər, xüsusilə iki ölkə arasındakı əlaqələr müzakirə olunacaq. Bundan əlavə, Türkiyə ilə Səudiyyə Ərəbstanı arasında bir sıra ticarət müqavilələrinin imzalanması gözlənilir.

Qeyd edək ki, Salman Türkiyə səfərindən əvvəl Misir və İordaniyaya gedib və iki ölkənin liderləri ilə görüşüb.

Ərdoğan aprelin sonunda Səudiyyə Ərəbistanına səfər edərək vəliəhd şahzadə ilə görüşüb.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …