Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Ərdoğan: “Dünyanın ən böyük fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq”

“Coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, zəlzələnin təsirləri 10 vilayətdə hiss olunur: “Çətin hava şəraitinə baxmayaraq, xilasedicilər fədəkarlıqla fəaliyyət göstərir. Çətin şərtlərə baxmayaraq, dövlətimizin bütün imkanları və könüllülərin də dəstəyi ilə axtarış-xilasetmə tədbirlərini davam etdiririk”.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 432 nəfər insan həlak olub, 21 103 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.

Check Also

İranda milli matəm elan edilib

İranda Prezident İbrahim Rəisinin faciəvi ölümü ilə əlaqədar milli matəm elan edilib. Boyukmillet.com xəbər verir ki, …