Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ərdoğan: “İğdırdan Azərbaycana yol çəkəcəyik”

“Əgər cənab Vladimir Putin dövlət xadimi keyfiyyətlərini tam mənasında ortaya qoymasaydı, Azərbaycandan bu formada çıxmaq mümkün olmazdı. Amma öz dövlət xadimliyi, dövlətçilik təcrübəsini dəqiq qərarlarla ortaya qoyduğu üçün, Azərbaycandan çox müsbət şəkildə çıxma şansı qazandıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da türkiyəli jurnalistlərə müsahibəsində deyib.

“Hazırda Azərbaycanda intensiv fəaliyyət davam edir. Məsələn, cənab Prezident İlham Əliyev istədiyi vaxt, istədiyi formada Putinlə danışır, görüşür. Çox qısa zamanda əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik”, – Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, İğdırdan Azərbaycana yol çəkiləcək: “Bura dəmir yol xətləri də daxildir. Bu yolun çəkilməsi çox önəmli bir addım olacaq”.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …