Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Ərdoğan İlon Maskla kosmos sahəsində əməkdaşlığı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskla videokonfrans keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

Tərəflər kosmik və mobil texnologiyaları sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Danışıqlarda, həmçinin mövcud avtomobillərin inkişafı üçün gələcək addımlara toxunulub.

Belə ki, Türkiyə yaxın illərdə kütləvi istehsal etmək niyyətində olduğu TOGG elektrik avtomobili üçün litium-ion batareyaları əldə edə biləcək.

Ərdoğan, həmçinin “SpaceX” rəhbərinə Ankaranın pilotsuz və idarə olunan uçuşlar həyata keçirməyi və öz astronavtlarını hazırlamağı planlaşdırdığı Türkiyənin Milli Kosmik Proqramı haqqında da danışıb.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …