Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ərdoğan partlayışın baş verdiyi Bartın şəhərinə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partlayışın baş verdiyi Bartın şəhərinə gedəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, dövlət başçısı Diyarbəkir səfərini təxirə salıb. O, Bartında görülən işlərlə hadisə yerində tanış olacaq.

Xatırladaq ki, bu gecə Türkiyənin Bartın şəhərindəki mədəndə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …