Şənbə , 20 Aprel 2024
Drone Cameras

Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı günlərdə Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bizim bir “yol xəritəmiz” artıq formalaşıb. Bizim 20-yə yaxın ərazidə gəmilərimiz var. Odur ki, dəhlizin açılmasına çalışacağıq”, – o bildirib.

Ərdoğan vurğulayıb: “Mən siyasətçiyəm, 40 illik təcrübəm var. Müxtəlif vəzifələrdə çalışmışam. Siyasət dava-dalaş içşi deyil. Siyasətdə dost qazanmaq üçün çalışmalısan. Nə qədər düşmən qazansan, o qədər itirərsən. Putinlə tanışlığımın müddəti daha çoxdur, nəinki Zelenski ilə. Ortada bir həqiqət var. Biz Ukrayna və Rusiyanın təmsilçilərini görüşdürdük və yeni mərhələ başlandı. Bundan sonra da həmin mərhələnin davam etməsini istəyirik”.

Check Also

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Boyukmillet.com xəbər verir ki, …