Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ərdoğan sabah Azərbaycana gələcək

Boyukmillet.com-un məlumatına görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana gələcək.

Türkiyə prezidentinin İctimaiyyətlə əlaqələr şöbəsi xəbər verir ki, R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.

Belə ki, iki ölkə prezidentləri – İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin də imzalanacağı bildirilir.

Check Also

Elçibəyin oğlu Nemət Pənahlını MƏHKƏMƏYƏ VERİR

Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Meydan hərəkatı”nın rəhbərlərindən …