Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Ərdoğan: “Suriyada geri addım atmayacağıq”

“İdlibdə baş verən humanitar böhranın qarşısını almaq üçün fəaliyyətimizi aktiv formada davam etdirəcəyik. Əsas tələbimiz hücumların dayandırılmasıdır. Suriyada rejim qüvvələrinin müşahidə nöqtələrimizin gerisinə çəkilmələri üçün verdiyimiz müddət fevralın sonunda bitir”.

“Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında bildirib.

“Suriyada ən böyük problemimiz hava məkanından istifadə edə bilməməyimizdir. Yaxın zamanda bunun da çarəsini tapacağıq. Diplomatik kanallardan da istifadə edirik. Rejimi mütləq müəyyənləşdirdiyimiz hüdudlara geri çəkilməyə məcbur edəcəyik, Türkiyə olaraq bu məsələdə qərarlıyıq. İdlibdə geri addım atmayacağıq. Biz bu coğrafiyanın qonağı deyil, sahibiyik. Buna görə də geri addım atmayacağıq”, – R.T.Ərdoğan söyləyib. 

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …