Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Ərdoğan TARİX VERDİ: koronavirus Ramazan bayramında…

“Ramazan bayramında cüt bayram keçirəcəyimizi ümid edirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Sabah” qəzetinin yazarı Şəbnəm Bursalının köşəsində yer alan bilgiyə görə, Ərdoğan qarşıdakı həftədə ölkəsinin əhəmiyyətli bir keçid yaşayacağını dilə gətirib: “Prezident Ərdoğana pandemiya ilə mübarizə işlərinin necə getdiyini sual verdim. Ən başından bəri son dərəcə şəffaf və professional şəkildə görülən tədbir və verilən qərarların nəticələrini görməyə başladıqlarını söylədi. Bu və gələn həftə tətbiq ediləcək küçəyə çıxma qadağası ilə birlikdə pandemiyada əhəmiyyətli mərhələnin geridə qalacağını da əlavə etdi”.

Son rəqəmlərə görə, Türkiyədə koronavirusa 86 min 306 yoluxma, 2 min 17 ölüm faktı qeydə alınıb. (publika.az)

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …