Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı müqaviləni təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinə bina təhsis edilməsinə dair Protokolu” təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Türkiyənin İstanbul şəhərinin Fateh rayonunda yerləşən binanın aylıq kirayəsi 76 500 lirədir (hazırkı kursa əsasən, təqribən 10 500 AZN).

Xatırladaq ki, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi olub. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev iştirak ediblər.

Eyni gündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …