Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ərdoğan: “Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi üçün əhəmiyyətlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin yeni Prezidenti İshak Hersoq arasında telefon danışığı baş tutub.

Bu barədə  Boyukmillet.com Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir.

Türkiyə lideri bildirib ki, bütün fikir ayrılıqlarına baxmayaraq təmasların və dialoqun qorunması vacibdir:

“Beynəlxalq ictimaiyyət Fələstin-İsrail münaqişəsinin BMT qətnamələri çərçivəsində həll olunacağını gözləyir. Türkiyə-İsrail münasibətləri Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyətə malikdir. Fələstin-İsrail münaqişəsinin həllində atılan müsbət addımlar, Türkiyə ilə İsrail arasındakı münasibətlərin inkişafına da təkan verəcək”.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …