Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ərdoğan: “Türkiyədə erkən seçkilər olmayacaq”

“Türkiyədə erkən prezident və parlament seçkiləri olmayacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib.

“Noyabr ayında növbədənkənar seçki olmayacaq. Seçki gələn ilin iyun ayında keçiriləcək. Özünü ora hazırlayın”, – Ərdoğan bildirib.

Xatırladaq ki, iyunun 4-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Xalq Alyansının namizədi kimi irəli sürüb. Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Xalq Alyansı hakim blokuna AKP və Milliyyətçi Hərəkat Partiyası daxildir.

Bu arada müxalifət partiyaları hələlik öz namizədlərini açıqlamayıblar. Altı müxalifət partiyasının bloku növbədənkənar seçkilərin keçirilməsində israrlıdır.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …