Bazar , 19 May 2024
Drone Cameras

Ərdoğan: “Türkiyənin silah və texnologiya istehsal etməsinin qarşısını almaq istəyirdilər”

“Biz təkcə təyyarə, helikopter, peyk, tank, raket və silah istehsal etmirik. Biz həm də texnologiya istehsal edirik”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O, Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürkün “Gələcək göylərdədir” fikrini xatırladıb. R.T.Ərdoğan qeyd edib ki, Atatürkün işarə etdiyi fəaliyyətlərin həyata keçməsinə Vecihi Hürkuş, Selahattin Reşit Alan, Nuri Demirağ, Nuri Killigil səy göstərib.

“Amma bu təşəbbüslərə həm daxildən, həm də xaricdən əngəl yaradılıb. Ta ki, bizim dövrümüzə qədər….Rəhmətlik Necmettin Erbakan hər dəfə ağır sənaye həmləsindən danışanda tənqid edilirdi. Mərhum Turqut Özalla atılan addımların davamı sonralar gəlmədi. İdealist mühəndislərimizin, gənclərimizin səyləri puça çıxarıldı. Biz də “müdafiə sənayesində müstəqil Türkiyə” idealı ilə yola çıxanda maneələrlə qarşılaşdıq. Bunu bəzən açıq, bəzən gizli elədilər. Amma dayanmadıq, yıxılmadıq, təslim olmadıq”, – o bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə hədəflərindən bir an belə olsun imtina etməyib: “Əvvəllər reallaşmayan sabitlik arzusunu millətimizə biz yaşatdıq. Amma yolumuz hələ uzundur.

Dünən “Kaan” milli döyüş təyyarəsini istifadəyə verdik. “Hürjet” səsdən sürətli döyüş təyyarəsinin, həmçinin “Atak-2”, “Anka-3” PUA-larının istehsal mərhələlərinə, sınaqlarına şahidlik etdik”.

Check Also

Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Kovrovets” minaaxtaran gəmisini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu …