Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatı açıqlanıb.
Boyukmillet.com xəbər verir ki, Ərdoğan və Putin Rusiya ilə Ukrayna arasında müharibədə son hadisələri və yerlərdə humanitar vəziyyəti müzakirə ediblər.
Türkiyə lideri qeyd edib ki, bir sıra məsələlərdə razılığa gəlmək üçün Rusiya Federasiyası və Ukrayna liderlərinin prezidentləri arasında şəxsi görüş tələb oluna bilər və bununla bağlı o, yenidən Putinlə Zelenskini İstanbul və ya Ankaraya görüşə dəvət edib.
Ərdoğan əmin olduğunu bildirib ki, (Ukraynada) atəşkəs elan olunsa, tərəflər ziddiyyətləri uzunmüddətli həll etmək imkanı əldə edəcəklər.
Türkiyə dövlətinin başçısı həmçinin (Ukraynadakı) humanitar dəhlizlərdən hər iki istiqamətdə səmərəli istifadənin və vəziyyətin yerində monitorinqinin vacibliyini qeyd edib.