Çərşənbə , 5 Mart 2025
Drone Cameras

Ərdoğandan Cənubi Kiprdə törədilənlərə sərt reaksiya: “Belə təxribatla məşğul olmağın əvəzini ağır ödəyəcəksiniz”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə rəsmi səfəri öncəsi keçirdiyi mətbuat konfransında Cənubi Kiprdə Larnaka Böyük camisinə edilən hücumla bağlı münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki,  baş verən hadisəyə görə təəssüf etdiyini bildirib.

“Təəssüf ki, Cənubi Kiprin Larnaka şəhərindəki məscidlərimizə qarşı hücum olub. Təbii ki, Cənubi Kiprdəki bu əməliyyat cavabsız qalmayacaq. Bu barədə dostumuz, partiya sözçüsü Ömər bəyin açıq-aydın açıqlamaları var. Quzey Kıbrıs Türk Cühmuriyyətinin prezidenti Ersin Tatarın verdiyi açıqlama kimi, biz də Cənubi Kiprə deyirik: Məbədlərimizdə belə təxribata əl atmayın. Belə bir təxribatla məşğul olmağın əvəzini ağır ödəyəcəksiniz. Biz də bunun arxasında kimin olduğunu axtarırıq. 6 Cənubi Kiprdə 6 məscidimiz var. Bu məscidlərin təminatı Cənubi Kipr rəhbərliyidir. Mən həmişə deyirəm ki, biz onların bütün müqəddəslərinə və kilsələrinə təminat verdiyimiz kimi, onlar da eyni təminatı verməlidirlər”,-deyə Ərdoğan bildirib. 

Check Also

Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”ndə 1 323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq

Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi”ndə 1 323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq. Boyukmillet.com xəbər verir ki, …