Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Ərdoğandan dünyaya: 45 il öncə etdiyimizi bu gün də edərəm…

Adanın və bölgənin sərvətlərinin sadəcə özlərinə aid olduğunu düşünənlər qarşılarında Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətini görəcəklər.

boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kiprdə həyata keçirilən sülh hərəkatının 45-ci ildönümü münasibətilə ŞKTC-nin Prezidenti Mustafa Akıncıya göndərdiyi təbrik məktubunda bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə 45 il öncə atdığı addımı lazım olsa, yenə də təkrarlaya bilər.

“Türkiyə sülh hərəkatını Kipr adasının bərabərhüquqlu sahiblərindən biri olan Kipr türk xalqının maraqlarını qorumaq üçün həyata keçirmişdi. Bu məsələdə mövqeyimizi bu gün də bütün dünya görməkdədir”, – Ərdoğan qeyd edib.  

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …