Bazar ertəsi , 14 Aprel 2025
Drone Cameras

Ərdoğandan müharibə mesajı: Afina həddini bilməsə…

Yunanıstan həddini bilməsə, Türkiyənin nə edəcəyi bəllidir.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunan nazirin təhdidlərinə cavab olaraq deyib.

“Yunanıstan dinc dayanmır, Türkiyəyə söz atır. Türkiyəyə bu cür atmaca atılarmı? Bir az sözlərinə diqqət et! Həddini bilməsən, Türkiyənin nə edəcəyi bəllidir. Cənubi Kiprdə iki məscidimizlə bağlı provokasiyaya cəhd edib, yandırmağa çalışdılar! Bir tərəfdə yunan bayrağı, digər tərəfdə əski asırlar. Etdikləriniz qarşılıqsız qalacaqmı?!” – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Yunanıstanın Müdafiə naziri Nikos Panagiotopoulos açıqlamasında ölkənin maraqları naminə lazım gələrsə Türkiyə ilə müharibəyə hazır olduqlarını söyləmişdi. 

Check Also

Cəlaloğlu: İki ölkə Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasına mane olur

“İndiki şərtlər altında 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək doğru deyil. …