Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ərdoğanın sözçüsü: “Azərbaycanla birlikdə TANAP üzərində işi davam etdiririk”

“Türkiyə Azərbaycanla birlikdə TANAP-ı qurdu. Həm Azərbaycan tərəfi, həm də biz işimizi davam etdiririk”.

Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“TANAP-ın tutumu ikiqat artacaq. Müharibə (Rusiya-Ukrayna müharibəsi-red) bitəndə bu infrastruktur sərmayələri bizə qayıdacaq”, – Kalın qeyd edib.

“Ən əsası isə Qara dənizdə özümüzün təbii qazımızı tapdıq. Bəlkə də Aralıq dənizində tapacağıq. Oradakı ehtiyat Türkiyəni enerji bazarında çox fərqli bir nöqtəyə aparacaq”, – Ərdoğanın sözçüsü əlavə edib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …